Azərbaycanda əkilən ağacların neçə faizi tutmur? - RƏSMİ CAVAB

08
may
2025
15:52
"Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi su təminatı olmayan ərazilərə ağac əkmir".
Bunu BAKU.WS-ə açıqlamasında birliyin baş mühəndisi Cavanşir Məmmədov deyib.
Onun sözlərinə görə, aqrotexniki normalara görə, əkilən ağacların 10-15%-i tutmaya bilər. Bu limitə qədərinə qanun icazə verir:
"Bizdə isə heç o qədər tutmayan ağac olmur, olsa belə dəyişilir. Əgər hər hansı 100 ağacdan 5-10-u tutmayıbsa ya həmin müddətdə, ya da gələn mövsüm onlar yerlərindən çıxarılaraq yeniləri əkilir", - deyə qurum rəsmisi vurğulayıb
Oxşar xəbərlər
Baş prokuror Xaçmazda vətəndaşları qəbul edib
Baş prokuror Kamran Əliyev Xaçmaz rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəsəz, Xızı rayonu və digər bölgələrdən olan vətəndaşl...
