Azərbaycanda daha 66 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 2-də, 4-də və 9-da dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərraclar keçiriləcək.
BAKU.WS xəbər verir ki, hərraclara 66 nəqliyyat vasitəsi çıxarılacaq.
Belə ki, sentyabrın 2-də keçiriləcək hərraca 24 nəqliyyat vasitəsi (buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir), sentyabrın 4-də keçiriləcək hərraca 29 nəqliyyat vasitəsi (buraxılış tarixləri 2013-2020-ci illəri əhatə edir), sentyabrın 9-da keçiriləcək hərraca isə 13 nəqliyyat vasitəsi (buraxılış tarixləri 1999-2007-ci illəri əhatə edir) çıxarılacaq.
Hərraca çıxarılan dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...