Azərbaycanda bu şəxslər 20 il tez pensiyaya çıxa bilər

Uzun illər işləyən, yaşın ağırlığını üzərində daşıyan insanlar üçün pensiya yaşı bəzən hədəf kimi görünür. Amma hər kəs üçün bu yol eyni uzunluqda deyil.
BAKU.WS-in məlumatına görə, son zamanlarda güzəştli şərtlərlə erkən pensiya hüququ daha çox müzakirə olunmağa başlayıb və bu da bir çox insanın diqqətini cəlb edir.
5 il tez pensiyaya çıxmaq – Ən çox analara aid olur
"Əmək pensiyaları haqqında" Qanunun 8-ci maddəsinə əsasən, çoxuşaqlı analar (bəzən atalar da) 5 il tez pensiyaya çıxmaq hüququna malikdirlər. Bu isə o deməkdir ki, ana 64 yaşını gözləmədən, artıq 59 yaşında pensiya ala bilər.
Deputat Vüqar Bayramov hesab edir ki, əksər hallarda qadınlar bu hüquqdan istifadə etmir. Halbuki bu imkan onlara qanunla verilib. Hətta bəzi hallarda atalar da bu hüquqdan faydalana bilirlər:
"Bu imkan təkcə çoxuşaqlı ailələrlə məhdudlaşmır. Qanunun 9-cu maddəsinə əsasən:
Zərərli və ağır iş şəraitində çalışanlar – kişilərdə ən azı 12 il 6 ay, qadınlarda isə 10 il belə şəraitdə iş stajı varsa, onların pensiya yaşı 5 il azaldılır.
İncəsənət sahəsində çalışanlar – teatr, musiqi və digər sənət sahələrində uzun müddət fəaliyyət göstərənlər üçün də yaş həddi endirilir.
Aviasiya və mülki aviasiya əməkdaşları – peşənin xüsusiyyətinə görə erkən pensiyaya çıxmaq hüququ əldə edirlər.
Səhiyyə imkanları məhdud olan şəxslər – bəzi xəstəliklər pensiya yaşının 20 ilədək azaldılmasına səbəb ola bilər. Bu halda şəxs 45 yaşında belə pensiya ala bilər".
Hazırda "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə görə:
Kişilərin pensiya yaşı 65,
Qadınların pensiya yaşı 64-dür.
Bu yaş göstəriciləri hər il 6 ay artırılır və bu tendensiya davam edir.
Oran Hüseyn
Oxşar xəbərlər
"Azercell"in müzakirələrə səbəb olan dəyişikliyi - Əslində nə baş verir?
"Müşahidələr göstərir ki, "Azercell" operatoru tərəfindən heç bir qiymət artımı baş verməyib. Sadəcə olaraq, yeni dəyişikliklərə əsasən, 1 manata 1 gün, 5 manat...
