Azərbaycanda bu məhsullar BAHALAŞIB - SİYAHI
"Azərbaycanda son dövrlər bəzi kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə olunur. Bu artım daha çox gündəlik istifadə olunan məhsullarda özünü göstərir".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, xüsusilə kartof, xiyar, pomidor, alma, armud, yumurta və süd məhsullarında qiymətlər əvvəlki dövrlə müqayisədə yüksəlib:
"Məsələn, əvvəllər 90 qəpik - 1 manat arasında satılan kartof hazırda təxminən 1,30–1,60 manat civarında təklif olunur. Pomidorun qiyməti 2,50–3,20 manat aralığından 3,50–4,50 manatadək yüksəlib. Xiyar isə əvvəl 2–2,20 manat olduğu halda, hazırda 3–3,50 manat arasında satılır".
AQC sədri qeyd edib ki, yumurtanın da qiymətində artım var:
"Əvvəllər bir ədəd yumurta 15–17 qəpik arasında dəyişirdisə, hazırda təxminən 20-23 qəpik civarında satılır. Südün bir litrinin qiyməti də 1,50–1,60 manatdan 2–2,10 manatadək yüksəlib".
V.Oruc bildirib ki, bütün məhsullarda bahalaşma müşahidə olunmur:
"Bəzi məhsullarda, xüsusilə daha az istifadə olunan məhsullarda ucuzlaşma da qeydə alınıb. Məsələn, kələm və kök kimi məhsullarda təxminən 25–30 faiz civarında qiymət enməsi müşahidə olunur. Bunun əsas səbəbi həmin məhsullara tələbatın nisbətən aşağı olmasıdır.
Bəzi məhsullarda isə bolluq qiymətlərin aşağı düşməsinə səbəb olur. Məsələn, soğanın istehsalı çox olduğu üçün onun qiyməti müəyyən qədər ucuzlaşıb və hazırda təxminən 90 qəpik – 1 manat civarında satılır".
Ekspert vurğulayıb ki, bazardakı qiymət dəyişikliklərinə həm mövsümi amillər, həm də regionda baş verən müharibə şəraiti təsir edir. Çünki bəzi məhsullar qismən İrandan idxal olunur. İrandan gətirilən məhsullar bazarın ümumi həcminin təxminən 5-10 faizini təşkil etsə də, bu amil müəyyən məhsulların qiymətinə təsirsiz ötüşmür.
Orxan Hüseyn
Oxşar xəbərlər
Bazarda xarici, yoxsa yerli məhsullar daha çoxdur? - VACİB AÇIQLAMA
"Azərbaycanda bazarlarda satılan kənd təsərrüfatı məhsullarının böyük hissəsi yerli istehsaldır. Lakin mövsümi amillər səbəbindən bəzi məhsulların idxalı qaçılm...