Azərbaycanda bu ərazidə 12 və 16 mərtəbəli binalar TİKİLƏCƏK
29
avq
2025
11:19
Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış kompleksinin inşasına start verilir.
BAKU.WS-in əldə etdiyi məlumata görə, layihəyə əsasən, 4,5 hektar ərazidə 5 nömrəli 12 mərtəbəli, həmçinin 6 və 7 nömrəli 16 mərtəbəli çoxmənzilli binalar tikiləcək.
Tikinti işlərinin sifarişçisi Mənzil İnşaatı Dövlət Agentliyidir (MİDA). Layihənin dəyəri təxminən 27,3 milyon manat təşkil edir.
Binaların tikintisi başa çatdıqdan sonra Saray qəsəbəsində yeni mənzillərin satışa çıxarılması gözlənilir.
Oxşar xəbərlər
Bakı metrosundan istifadə ötən il 430 min ton CO₂ emissiyasının qarşısını alıb
Ötən il Bakıda 227 milyon sərnişinin metrodan istifadəsi nəticəsində 430 min ton CO₂ emissiyasının qarşısı alınıb. Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-...