Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ

Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ
Sosial 526

Apteklərdə bəzi dərman vasitələrinin vətəndaşlara ödənişsiz təqdim edilməsi ilə bağlı mexanizm mövcud olsa da, bu imkanlardan hər kəs kifayət qədər məlumatlı deyil.

BAKU.WS-in məlumatına görə, dövlət təminatı hesabına verilən dərmanlar əsasən müəyyən xəstəlik qruplarını və sosial kateqoriyaları əhatə edir.

Kimlərin bu hüquqdan yararlana bilməsi, dərmanların hansı əsaslarla və necə təqdim edildiyi, eləcə də prosesin hansı qaydalarla tənzimləndiyi isə cəmiyyətdə tez-tez müzakirə olunan və maraq doğuran məsələlər sırasındadır.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, bəzi dərmanlar vətəndaşlara pulsuz təqdim edilir:

"Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatları, müalicə-profilaktika müəssisələrində stasionar müalicə alan xəstələrə və müvafiq dövlət proqramlarında göstərilən xəstəliklərdən (şəkərli diabet, onkoloji, vərəm, xroniki böyrək çatışmazlığı, İİV/QİÇS, dağınıq skleroz) əziyyət çəkən xəstələrə verilməsi nəzərdə tutulan dərman vasitələrinin siyahılarına daxil olan dərman vasitələri pulsuz verilir.

Vətəndaşlar aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə məlumat verə bilərlər. Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir".

Orxan Hüseyn

Son xəbərlər