Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞIR

Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞIR
Sosial 160

"Yaxın Şərqdə baş verən müharibə region ölkələri ilə yanaşı, Azərbaycan avtomobil bazarına da təsir göstərməyə başlayıb".

Bunu BAKU.WS-ə açqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib

AQC sədri əlavə edib ki, müharibə fonunda neftin, qızılın və digər strateji məhsulların bahalaşması logistik və nəqliyyat xərclərini artırır ki, bu da avtomobil qiymətlərinə birbaşa təsir edir:

"Hazırda qiymət artımı kəskin olmasa da, artıq müəyyən fərqlər hiss olunur. Xüsusilə Dubaydan gətirilən avtomobillərdə cüzi bahalaşma qeydə alınır. İlkin mərhələdə qiymətlərdə modeldən asılı olaraq 3–5 min manat civarında artım müşahidə oluna bilər ki, bu da təxminən 2–7 faiz aralığında dəyişir.

Müharibə qısa müddətli olarsa, bazarda ciddi dalğalanma gözlənilmir. Lakin qarşıdurma uzunmüddətli xarakter alarsa və enerji qiymətləri yüksəlməkdə davam edərsə, bu, avtomobil idxalına və ümumilikdə satış qiymətlərinə daha ciddi təsir göstərə bilər.

Hazırda bahalaşma əsasən logistika və tranzit xərclərinin artması ilə bağlıdır. Neft qiymətlərinin tam təsiri isə müəyyən zaman sonra bazarda daha aydın hiss oluna bilər".

Orxan Hüseyn

Son xəbərlər