Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ

Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
Açıqlama
Sosial 145

"Son aylarda avtomobil bazarında müşahidə olunan qiymət dəyişiklikləri artıq yeni mərhələyə keçib. Xüsusilə ötən ilin sonlarında yeni avtomobillərə tətbiq olunan bəzi güzəştlərin ləğvi və beynəlxalq logistik risklər qiymətlərin kəskin artmasına səbəb olub".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ABŞ-İran müharibəsi fonunda daşınma xərclərinin artması da bu prosesə əlavə təsir göstərib:

"Hazırda isə bazarda nisbi sabitləşmə müşahidə olunur. Yeni avtomobillərin qiymətlərində əvvəlki kimi sürətli artım yoxdur, lakin bu, tam ucuzlaşma demək deyil – sadəcə bazar yeni qiymət səviyyəsinə uyğunlaşır.

İkinci əl avtomobil bazarında isə fərqli mənzərə var. Hazırkı dövr bu seqmentdə alış üçün ən uyğun vaxt hesab olunur. Çünki yaxın 3-5 ay ərzində həm yeni avtomobillərin bahalaşması, həm də ümumi inflyasiya fonunda ikinci əl bazarında da qiymət artımı gözlənilir.

Alıcıların seçimində də fərqlilik qalmaqdadır. Bir tərəf müasir texnologiyalarla təchiz olunmuş yeni avtomobillərə üstünlük verir. Digər tərəf isə daha etibarlı hesab etdiyi köhnə modelləri seçir. Bu isə ikinci əl bazarının aktuallığını qoruyub saxlamasına səbəb olur.

Ümumilikdə, yaxın aylarda avtomobil bazarında ucuzlaşma deyil, daha çox sabitlik və mərhələli bahalaşma tendensiyasının davam edəcəyi proqnozlaşdırılır".

Orxan Hüseyn

Son xəbərlər