Azərbaycanda avtomobillərin qiyməti nə qədər bahalaşıb?
Yaxın Şərqdə davam edən hərbi gərginlik Azərbaycanın avtomobil bazarında da öz təsirini göstərməyə başlayıb. Artan enerji qiymətləri və daşınma xərcləri idxal olunan avtomobillərin qiymətində yüksəlişə səbəb olur.
BAKU.WS-in məlumatına görə, xüsusilə logistika və tranzit xərclərinin bahalaşması avtomobil qiymətlərinə birbaşa təsir edir.
Hazırda artım kəskin olmasa da, bazarda artıq dəyişikliklər hiss olunur. Xüsusilə Dubaydan gətirilən avtomobillərdə qiymətlər modeldən asılı olaraq 3-5 min manat civarında yüksəlib. Ümumilikdə isə yeni avtomobillərdə orta hesabla təxminən 5 min manatlıq bahalaşma müşahidə edilir.
Qeyd edək ki, müharibə qısa müddətdə başa çatarsa, bazarda ciddi dalğalanma gözlənilmir. Lakin proses uzanarsa və enerji resurslarının qiyməti artmaqda davam edərsə, bu, avtomobil idxalına və satış qiymətlərinə daha güclü təsir göstərə bilər.
Qiymət artımı fonunda alıcı davranışında da dəyişikliklər qeydə alınır. Belə ki, istehlakçılar daha çox ikinci əl avtomobillərə üstünlük verməyə başlayıblar. Bu isə həmin seqmentdə tələbatın artmasına və nəticə etibarilə qiymətlərin 5-15 faiz aralığında yüksəlməsinə gətirib çıxarır.
Eyni zamanda, bazarda rəqabətin güclənməsi qiymətlərin kəskin sıçrayışının qarşısını müəyyən qədər alır. Mütəxəssislər hesab edir ki, avtomobil sektoru artıq ölkədə ciddi iqtisadi sahəyə çevrildiyindən qiymət artımı nəzarətsiz səviyyəyə çatmır.
Ümumilikdə isə bazarın gələcək istiqaməti regiondakı vəziyyət, enerji qiymətləri və iqtisadi sabitlik kimi amillərdən asılı olacaq.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Mingəçevirin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. "Martın 18...