Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq OLUNACAQ?
"Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standartların tətbiq olunacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib.
O bildirib ki, hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur:
"Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq".
*** 14:11
Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq olunacaq.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı AZS 599:2025 dövlət standartı qəbul olunub.
Yeni standarta əsasən, nəqliyyat vasitələrinin region kodu həm iki, həm də üçrəqəmli olacaq.
Bununla əlaqədar olaraq yeni veriləcək bir sıra nömrələrdə altı rəqəm olacaq:
- İlk 3 rəqəm - region kodu,
- Ardınca gələn 2 hərf - nəqliyyat vasitəsinin seriyası,
- Son 3 rəqəm isə - nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.
Xatırladaq ki, standarta edilmiş yeniliklərə əsasən, avtomobil nömrələrində hərf və rəqəmlər arasındakı defis işarələri və çip elementləri də ləğv olunub.
Oxşar xəbərlər
Nərimanov rayonunun bəzi ərazilərində su kəsilib
Bakının Nərimanov rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (AD...