Azərbaycanda ataları SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycanda ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır. İndiyə qədər bu məzuniyyət növü mövcud olsa da, əksər kişilər bundan yararlanmırdı. Bunun əsas səbəbi isə atalıq məzuniyyətinin mövcud qanunvericiliyə görə ödənişsiz olmasıdır.
BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın sözlərinə görə, ödənişli atalıq məzuniyyətinin müddəti dəyişməyəcək və əvvəlki kimi 14 iş günü olaraq qalacaq.
Millət vəkili bildirib ki, bu addım ölkədə ailə institutunun möhkəmləndirilməsinə, valideyn məsuliyyətinin isə daha ədalətli bölüşdürülməsinə xidmət edəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı qaydaları bilmək lazımdır?
Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda təqribən 400-500 min sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan fərdi yaşayış sahəsi mövcuddur. Bu məsələ fərdi...