Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv olunub
Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ləğv qərarı 3 ulduzlu hotellərə şamil olunub.
Beləliklə, ölkədə ulduz kateqoriyalı hotellərin sayı 283-dən 279-a düşüb.
Ulduz kateqoriyası ləğv olunmuş hotellərdən ikisi Bakıda, ikisi isə regionda yerləşir.
Hazırda Azərbaycanda 23 hotel 5 ulduzlu, 43 hotel 4 ulduzlu, 97 hotel 3 ulduzlu, 84 hotel 2 ulduzlu, 32 hotel isə 1 ulduzludur.
Təkcə Bakıda yerləşən ulduzlu hotellərin sayı 206-dır ki, bu da ölkə üzrə mövcud ulduz kateqoriyalı hotellərin təxminən 74 %-ni təşkil edir.
Oxşar xəbərlər
Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı
Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib. BAKU.WS "Xəzər" TV-yə istinadla xəbər verir ki, son günlərdə ölkənin dağlıq və dağətəyi bölgələrind...