Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - STATİSTİKA
"Bu ilin ilk 7 ayında Azərbaycana gələn turistlərin sayı 1 milyon 342 min olub. Onların təxminən yarısı iki ölkəni təmsil edirlər. Belə ki, gələnlərin 28.3 faizi Rusiya, 20 faizi isə Türkiyə vətəndaşlarıdır".
BAKU.WS xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
O bildirib ki, gəlmə turizmdə diqqətçəkən məqamlardan biri də türk dövlətlərindən gələnlərin sayındakı dəyişiklikdir:
"Belə ki, bu müddətdə Azərbaycana gələn turistlərin 30 faizi türk dövlətlərinin vətəndaşlarıdır. Bu o deməkdir ki, ölkəmizə səfər edən təxminən hər üç turistdən biri türk dünyasından gəlir. Bu müddətdə qardaş Qazaxıstandan 61 min 759, Özbəkistandan isə 42 min 963 tursit Azərbaycana səfər edib. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərindən sonra bu qardaş ölkədən gələnlərin sayında daha çox artımların olacağı gözlənilir. Azərbaycan və Özbəkistan arasında imzalanan Əbədi dostluq haqqında Müqavilə bütün digər sektorlar kimi, turizmə də xüsusi töhfə verəcək. Türk dövlətləri arasında strateji tərəfdaşlığın daha da güclənməsi turizm sahəsində də əməkdaşlığa xüsusi fayda qatmaqdadır.
Rəsmi statistikaya əsasən, Körfəz ölkələrindən gələn turistlərin sayında kəskin azalma qeydə alınıb. Bu regiondan gələn turistlərin sayı 32.8 faiz azalıb. Aydındır ki, azalma daha çox İran münaqişəsinin regional təsirləri ilə bağlıdır. Daha çox artım isə Arvopa İttifaqından gələnlərdə qeydə alınıb: 8 faiz. Eyni zamanda, 1.6 faiz artımın qeydə alındığı MDB dövlətləri üzrə isə ciddi dəyişiklik qeydə alınmayıb".
Oxşar xəbərlər
Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması...