Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Foto
Sosial 378

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, soyuq hava şəraitinə baxmayaraq insanlar 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün xiyabana gəlməkdə davam edirlər.

*** 09:12

Bu gün 20 Yanvar faciəsindən 36 il ötür.

BAKU.WS xəbər verir ki, məhz bu səbəbdən səhər saatlarından başlayaraq çox sayda insan Şəhidlər xiyabanına gələrək, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edir.

Hüzn günü ilə bağlı şəhid olanların yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, onların məzarları önünə əklil və gül dəstələri qoyurlar.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 36 il ötür. 36 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədib.

Son xəbərlər