Azərbaycan və Rusiya qida məhsullarının operativ idxal-ixracını müzakirə ediblər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvertlə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, görüş zamanı cari il ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda heyvan və bitki sağlamlığı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, istehlakçıların sağlam və keyfiyyətli məhsullarla təmin edilməsi istiqamətində mövcud tələblərlə bağlı məsələlər müzakirə olunub.
Görüşdə AQTA ilə "Rosselxoznadzor" arasında qarşılıqlı əməkdaşlıq və etimad şəraitində qida məhsullarının idxalı və ixracı zamanı işlərin operativ və səmərəli həyata keçiriləcəyi vurğulanıb.
Müzakirələrdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
Oxşar xəbərlər
Hansı çimərliklərə getmək olmaz - RƏSMİ AÇIQLAMA
Çimərlik mövsümü başlamazdan əvvəl dəniz suyundan nümunələr götürülüb. Bəzi ərazilərdə normadan artıq bakterioloji çirklənmə aşkarlanıb. Bu barədə məlumatı Resp...
