Azərbaycan "Avroviziya 2025"də 12 xalı bu ölkəyə verdi
"Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi davam edərkən iştirakçı ölkələrdən alınan səsvermə nəticələri bir-bir açıqlanıb.
Azərbaycanın səsvermə nəticələrini "Avroviziya 2010"da ölkəmizi təmsil edən müğənni Safurə Əliyeva təqdim edib.
Azərbaycan bu il ən yüksək – 12 xalı İsrailin təmsilçisinə verib.
Digər xal bölgüsü isə belə olub:
10 xal – İtaliya
8 xal – Ukrayna
7 xal – Estoniya
6 xal – Portuqaliya
5 xal – İspaniya
4 xal – Polşa
3 xal – Niderland
2 xal – Almaniya
1 xal – İsveçrə
Qeyd edək ki, builki yarışda 26 ölkə final uğrunda səhnəyə çıxıb. Azərbaycan təmsilçiləri – "Mamagama" qrupu "Run with you" adlı mahnı ilə final mərhələsinə yüksələ bilməyib.
Oxşar xəbərlər
DYP yağışlı hava ilə bağlı çağırış etdi
"Hazırda respublika ərazisində müşahidə edilən yağışlı və çiskinli hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir. Belə hava şəraitində yol örtü...