Azərbaycan ABŞ-dən PVC idxalını 4 dəfədən çox artırıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 20,79 milyon ABŞ dolları dəyərində 26 449 ton polivinilxlorid (PVC) idxal edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 16 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 11,97 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % az) 17 429 ton (-22 %), İrandan 3,26 milyon ABŞ dolları dəyərində (+6 %) 3 762 ton (+11 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 2,79 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 3 202 ton (+4,3 dəfə), Türkiyədən 1,85 milyon ABŞ dolları dəyərində (+21 %) 1 min 243 ton (+1,8 %), Çindən 746 min (+3,6 dəfə) ABŞ dolları dəyərində 717 ton (+4 dəfə) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 31,3 min ton PVC-nin 80 %-i Rusiyanın payına düşüb.
Oxşar xəbərlər
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollard...