Azərbaycan 3 GES layihəsi üzrə investisiya və icra müqaviləsi imzalayıb

Azərbaycan 3 GES layihəsi üzrə investisiya və icra müqaviləsi imzalayıb
Foto
Sosial 1957

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində üç günəş enerjisi layihəsi üzrə müqavilələr imzalanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Energetika Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Hökuməti və "Enerso Cəbrayıl" MMC arasında Azərbaycanda 50 MVt gücündə "Üfüq" Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsini energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Eldar Məmmədzadə imzalayıb.

Azərbaycan Hökuməti və "Clean Energy Jabrayil" MMC arasında Azərbaycanda 50 MVt gücündə "Şəms" Günəş Elektrik Stansiyası layihəsi üzrə İnvestisiya müqaviləsini energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Xəyalə Nağıyeva imzalayıb.

Azərbaycan Energetika Nazirliyi və "Nobel Energy Limited" şirkəti arasında Naxçıvan şəhərində 30 MVt gücündə günəş elektrik stansiyasının qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi isə energetika nazirinin müavini Elnur Soltanov və "Nobel Energy Limited" şirkətinin baş direktoru Vüqar Səmədli tərəfindən imzalanıb.

"Yaşıl enerji zona"larının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən layihələrin reallaşması nəticəsində ümumilikdə illik 268 milyon kVt·st elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 59 milyon kubmetr qaza qənaət edilməsinə və 128 milyon ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

*** 16:30

Cəbrayılda 50 MVt gücündə "Üfüq" Günəş Elektrik Stansiyası (GES), 50 MVt gücündə "Şəms" GES layihələri üzrə İnvestisiya və Naxçıvanda 30 MVt gücündə GES layihəsi üzrə İcra Müqaviləsi imzalanıb.

BAKU.WS xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, bu stansiyalar sayəsində ümumilikdə illik 268 milyon kVt/saat elektrik enerjisi istehsalı, 59 milyon kubmetr qaza qənaət olunması və 128 milyon ton karbon emissiyasının azalması gözlənilir.

Son xəbərlər