Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək
Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 666 min manat vəsait ayrılıb.
Layihə çərçivəsində 3 ikiotaqlı və 6 üçotaqlı mənzil alınacaq.
Mənzillərin Ağstafa rayonunda yerləşməsi və müəyyən edilmiş tələblərə uyğun olması nəzərdə tutulur. Layihənin əsas məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin, xüsusilə şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Yeni mənzillərin təqdim edilməsi bu kateqoriyadan olan ailələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına və onların sosial təminatının gücləndirilməsinə imkan verəcək.
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...