AZAL gecikən resylərlə bağlı məlumat yaydı

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 ("Domodedovo" aeroportu) və J2-807 ("Vnukovo" aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
Eyni zamanda, AZAL-ın Bakıdan Hindistanın Mumbay şəhərinə planlaşdırılan J2-059 nömrəli reysi Pakistan üzərində hava məkanının bağlı olması səbəbindən təxirə salınıb.
AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.
Oxşar xəbərlər
Bu ərazidə çoxmənzilli binalar TƏMİR OLUNACAQ
Masallı şəhərində çoxmənzilli yaşayış binaları əsaslı təmir ediləcək. BAKU.WS-in məlumatına görə, təmir işləri Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı...
