AYNA-dan yeni 5 milyonluq LAYİHƏ
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) nəqliyyat sektorunda rəqəmsal idarəetməni gücləndirmək məqsədilə genişmiqyaslı proqram təminatlarının hazırlanması və illik texniki dəstək xidmətlərinin satınalınması üçün yeni tender elan edib.
BAKU.WS-in məlumtına görə, layihənin ümumi dəyəri 5,07 milyon manat təşkil edir.
Tender "E-CMR və TTP, Təhlil və hesabat sistemi, E-nəzarət, BRMS proqram təminatlarının hazırlanması, Zəng mərkəzi proqram təminatının təkmilləşdirilməsi və illik texniki dəstək xidmətinin göstərilməsi"ni əhatə edir.
Bu proses AYNA-nın xidmətlərinin rəqəmsallaşdırılması və daha müasir nəqliyyat idarəçiliyinə keçidi baxımından mühüm addım hesab olunur.
Oxşar xəbərlər
14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı
Hesablama Palatasının 2026-cı il üzrə İş Planına müvafiq olaraq, 2024-2025-ci illərdə dövlət büdcəsindən 14 yerli icra hakimiyyəti orqanında (Quba, Tərtər, İmiş...