Aylıq müavinət alanlara ŞAD XƏBƏR - Bu şəxslərin...

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ildə sosial paketin reallaşması və dərinləşməsi müşahidə olunub.
BAKU.WS-in məlumatına görə, sentyabr ayından etibarən təqaüdlərdə artımlar qeydə alınıb və sosial paket üç milyondan artıq vətəndaşımızı əhatə edib.
Bu istiqamətdə 1,4 milyard manat əlavə vəsaitin ayrılması reallaşıb. Eyni zamanda, 2025-ci ilin dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitlərin həcmi 16,9 milyard manatdır və bu büdcə xərclərinin 41 faizi deməkdir.
Bəs növbəti mərhələdə daha hansı artımların olması gözlənilir?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildiri ki, vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin ana xəttidir və bu istiqamətdə mütəmadi olaraq davamlı olaraq addımların atılmasını müşahidə edirik:

"Sosial paketin daha çox insanları əhatə etdiyini nəzərə alsaq, biz yaşa görə müavinətin artırılmasını təklif edirik. Nəzərə alsaq ki, hazırda yaşa görə müavinət 220 manatdır. Bu, yaşlı vətəndaşlarımıza verilən aylıq müavinətdir və ona görə də bu müavinətin məbləğinə baxılması və fiskal imkanlar daxilində artırılması məqsədəuyğun olardı. Çünki nəticə etibarən həmin vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət etmiş olar.
Bütövlükdə 220 manat daxil olmaqla, həm sosial müavinətlərdə artımlar, həm də digər istiqamətlərdə yeni islahatların dərinləşməsi ilə bağlı təkliflərimiz təqdim olunur. İyul ayından etibarən sosial müavinətlər artırıldı, yaşa görə müavinət sosial müavinətlərdən biridir. Bu istiqamətdə də uyğun qərarın qəbul edilməsi məqsədəuyğun olardı. Bütövlükdə sosial islahatların dərinləşməsi müşahidə olunur və bu, növbəti aylarda da davam etdiriləcək".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakı sakinlərinə qaz ilə bağlı XƏBƏRDARLIQ - Sabah...
Bakının Nərimanov rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR...
