Audiovizual Şurası iki platforma operatorunun lisenziyasını ləğv edib

Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.
BAKU.WS xəbər verir ki, iclasda "Eurosel" MMC və "Sveet TV Group AZ" MMC-nin fəaliyyət göstərmədiklərinə görə onlara verilmiş universal platforma operatoru lisenziyalarının ləğv olunması ilə bağlı Audiovizual Şuraya müraciətlərinə baxılıb.
Qəbul olunmuş qərarlara əsasən hər iki operatorun lisenziyası ləğv olunub.
Həmçinin iclasda "Aznet Technologies" QSC-nin özünün ikinci operator xidmətinə ("Araznet" xidmət adı ilə) universal platforma operatoru lisenziyasının verilməsi üçün Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirələrdən sonra "Aznet Technologies" QSC-yə (xidmət adı "Araznet" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi haqqında müvafiq qərar qəbul olunub.
Oxşar xəbərlər
Qatarın ləngiməsinə görə işə gecikənlərə arayışlar necə veriləcək? - ADY rəsmisi AÇIQLADI
"Əgər sərnişin qatarın gecikməsi səbəbindən iş yerində problem yaşayıbsa, vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış ala bilər". Bu söz...
