AQTA-nın bəzi ərazilərə quş qripi səbəbi ilə tətbiq etdiyi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Kaliforniya, Cənubi Dakota, Viskonsin və Kolorado ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, qeyd olunan ərazilərdə ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə AQTA tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...