Apteklərdə Dimedrol niyə satılmır? - Çoxsaylı narazılıqlarla bağlı RƏSMİ AÇIQLAMA
Son günlər apteklərdən Dimedrol preparatının almaq istəyən vətəndaşlar problemlə üzləşiblər.
BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sakinlər bildirib ki, bəzi apteklər sözügedən dərmanı satmaqdan imtina ediblər.
Məsələnin aktuallığını nəzərə alaraq, dimedrolun apteklərdə satışı ilə bağlı vəziyyətin və mümkün tənzimləmələrin aydınlaşdırılması məqsədilə aidiyyəti quruma sorğu ünvanladıq.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki,qurum tərəfdən apteklərə hər hansı qadağa qoyulmayıb: "Dimedrol (Beynəlxalq patentləşdirilməmiş adı: Difenhidramin hidroxlorid) sistem istifadə üçün antihistamin preparatlar - anafilaktik şok, övrə, ot qızdırması, zərdab xəstəliyi, hemorragik vaskulit (kapilyarotoksikoz), multiformalı ekssudativ eritema, Kvinke ödemi, qaşınma dermatozları, qaşınma, allergik konyunktivit və allergik göz xəstəlikləri, dərman vasitələrinin qəbulu ilə əlaqəli allergik reaksiyalar, xoreya, Menyer xəstəliyi, əməliyyatdan sonrakı qusma hallarında istifadə olunur. Yalnız resept əsasında apteklərdən buraxılır. Bu dərmanın satışına başqa hər hansı qadağa və göstəriş yoxdur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Audiovizual Şura "Neftçi TV" üçün platforma yayımçısı lisenziyasını ləğv edib
Audiovizual Şura "Neftçi TV" üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib. BAKU.WS xəbər verir k...