Apteklərdə yoxlama dalğası - REYDLƏRDƏ NƏLƏR AŞKARLANDI?
Keçən ay ərzində ölkə ərazisində 48 əczaçılıq obyektində monitorinqlər təşkil olunub.
BAKU.WS xəbər verir ki, sözügedən statistikanı Səhiyyə Nazirliyi nəzdindəki Analitik Ekspertiza Mərkəzi təqdim edib.
Qeyd olunub ki, təftiş tədbirlərinin 10-u paytaxt Bakıda, qalan 38-i isə respublikamızın müxtəlif region və şəhərlərindəki apteklərdə baş tutub.
İcra edilən yoxlamaların 32-si əvvəlcədən nəzərdə tutulmuş plan üzrə, 16-sı isə plandan kənar şəkildə reallaşdırılıb.
Monitorinqlərin yekunu olaraq yeddi əczaçılıq müəssisəsində müxtəlif xarakterli çatışmazlıqlar üzə çıxarılıb.
Qeydə alınan qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun şəkildə protokollar yazılıb.
Oxşar xəbərlər
Yenicag.az saytının 19 yaşı tamam olur
Bu gün Yenicag.az saytının 19 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" qəzetinin...