"AnewZ" mina təhlükəsi və zərərçəkənlərin taleləri haqqında xüsusi reportaj hazırlayıb
"AnewZ" telekanalı müasir dövrün ən kəskin humanitar problemlərindən biri olan mina təhlükəsi və onun mülki əhali üçün ağır nəticələrinə həsr olunmuş "Ani partlayışlar: minaların məhv etdiyi talelər" adlı xüsusi reportaj hazırlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, materialda mina partlayışları nəticəsində həyatları həmişəlik dəyişən insanların – yaxınlarını və sağlamlığını itirənlərin real hekayələri təqdim olunub.
Reportajda həmçinin hər gün öz həyatlarını riskə ataraq əvvəllər işğal olunmuş əraziləri minalardan təmizləyən və insanlara təhlükəsiz gələcəyə ümid qaytaran istehkamçıların fəaliyyətindən də bəhs edilir.
Materialda Azərbaycanın ən çox minalanmış ərazilərindən biri kimi tanınan, çox vaxt "Qafqazın Xirosiması" adlandırılan Ağdam şəhərinə xüsusi diqqət ayrılıb.
"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) xidmət etdiyim zaman həmkarlarımdan bəziləri minaların qurbanı oldular. Buna görə də mina təhlükəsi mövzusu mənim üçün həmişə ağrılı olub. Bu gün minalardan təmizlədiyimiz ərazilərdə artıq bərpa işləri gedir. İnsanların öz evlərinə təhlükəsiz şəkildə qayıda bilməsi üçün böyük məsuliyyət hiss edirik. Humanitar minatəmizləmə sadəcə iş deyil, mürəkkəb və son dərəcə məsuliyyətli bir missiyadır", - ANAMA-nın əməliyyat meneceri Xalid Zülfüqarov qeyd edib.
Reportajın əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini minatəmizləmə təşəbbüslərinin gücləndirilməsi və zərərçəkənlərə dəstək göstərilməsinin zəruriliyinə cəlb etməkdir.
26 yaşlı ukraynalı əsgər Aleksey "AnewZ" telekanalına mina qurbanı olması və ayağını itirməsi barədə danışıb. Reportajda onun reabilitasiyası və yeni həyata uyğunlaşma prosesi göstərilib.
Materialda tamaşaçılar həmçinin Azərbaycan QHT-si tərəfindən təşkil olunmuş Avropada mina qurbanları haqqında ilk fotosərgidən kadrları görə bilərlər. Bu təşəbbüs beynəlxalq ictimaiyyətin diqqətini mina probleminə və onların mülki əhali üçün nəticələrinə cəlb etməyə yardım göstərir.
Xatırladaq ki, fotosərgi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə "Gilavar" Foto Klubu İctimai Birliyi tərəfindən təşkil olunub.
Materialı oxucuların diqqətinə təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycan və digər ölkələrdə ətin QİYMƏTLƏRİ
Ət insanın gündəlik qidalanmasının ən vacib tərkib hissələrindən biridir. Zülal, dəmir, sink və B qrupu vitaminləri ilə zəngin olan ət orqanizmin enerji balansı...