Anar Quliyev: "Bir çox yaşayış binaları seysmik standartlar tətbiq edilməzdən əvvəl tikilib"
"Mərkəzi və Qərbi Asiya iqtisadi inkişaf, innovasiya və regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilib".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə Milli Koordinator Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində keçirilən "Şəhərlərin xüsusi forumu: İnklüziv və davamlı şəhər gələcəyi üçün mənzil həlləri" adlı sessiyada deyib.
O bildirib ki, region şəhərləri əlçatan mənzil, dayanıqlı infrastruktur və səmərəli ictimai xidmətlərlə bağlı artan tələblərlə üzləşir.
"Bir çox yaşayış binaları müasir enerji səmərəliliyi və seysmik standartlar tətbiq edilməzdən əvvəl tikilib. İqlim riskləri artır, şəhər əhalisi də durmadan çoxalır. Bu çağırışlar region üçün ortaq olduğu kimi, imkanlar da ortaqdır", - deyə o qeyd edib.
Anar Quliyev vurğulayıb ki, COP29 çərçivəsində yaradılan SPECA Şəhərlər Forumu əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformadır.
Onun sözlərinə görə, əlçatan mənzil məsələsi iqlim dayanıqlılığı, enerji səmərəliliyi, şəhər mobilliyi, rəqəmsal idarəetmə və keyfiyyətli şəhərsalma ilə birgə nəzərdən keçirilməlidir.
Oxşar xəbərlər
Qəbələdə təhlükə saçan qazdoldurma məntəqəsi
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən Qəbələ rayonunun Zarağan qəsəbəsində fəaliyyət göstərən fərdi sahibkar S...