Alimlər yeni koronavirus aşkar edib: potensial pandemiya riski qiymətləndirilir

Alimlər yeni koronavirus aşkar edib: potensial pandemiya riski qiymətləndirilir
Sosial 30

Beynəlxalq alimlər qrupu Afrika ölkələrində yeni koronavirus növü aşkarlayıb. Tədqiqatın nəticələri Nature jurnalında dərc olunub.

BAKU.WS xəbər verir ki, Keniya, Sudan və Tanzaniyada yarasalarda (xüsusilə nalburun növlərdə) aşkar edilən KY43 adlı alfa-koronavirus insan ağciyər hüceyrələrinə daxil olmaq qabiliyyətinə malikdir. Bu isə virusun yüksək uyğunlaşma potensialına malik olduğunu göstərir.

Mütəxəssislər bildirir ki, hazırda virusun insandan insana ötürülməsi qeydə alınmayıb. Buna baxmayaraq, alimlər belə virusların pandemiya riski yarada biləcəyini istisna etmir.

Qeyd olunur ki, KY43-ün insan hüceyrələrinə daxil ola bilməsi onun gələcəkdə qlobal yayılma potensialına malik ola biləcəyini göstərir. Bununla belə, hazırda vəziyyət müşahidə mərhələsindədir və əlavə araşdırmalar davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər