Ali məktəblərə qəbulda keçid balları açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Bununla yanaşı, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir.
Dövlət İmtahan Mərkəzindən BAKU.WS-ə bildirilib ki, riyaziyyat, fizika və kompüter elmləri ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
Xatırladaq ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 19-dək davam edəcək.
Oxşar xəbərlər
Samuxda beş nəfər xəstəxanaya yerləşdirildi - Qarayara xəstəliyinin əlamətləri aşkar edildi
Samuxda 5 nəfər xəstəxanaya yerləşdirilib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Alıuşağı kəndinin sakinləri olan 5 nəfər - 1976-cı il təvəllüdlü M.A...