Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı çatıb

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı çatıb
Foto
Sosial 103

Oktyabrın 29-da Ağdərə rayonunun Həsənriz kəndinə növbəti qayıdış olub.

BAKU.WS Oxu.Az-a istinadən verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata əsasən, bu mərhələdə Həsənriz kəndinə 83 nəfərdən ibarət 17 ailə köçüb.

Sakinlərə kənddə yaradılmış şərait barədə məlumat verilib və bildirilib ki, Həsənriz kəndində bütün zəruri infrastruktur su, qaz, elektrik enerjisi və internet təminatı tam şəkildə bərpa edilib. Kənddə sakinlərin rahat yaşayışı, sosial rifahı və məşğulluğunun təmin olunması istiqamətində zəruri tədbirlər görülür.

Beləliklə, bu köç mərhələsi ilə birlikdə Ağdərənin Həsənriz kəndində ümumilikdə 205 ailə, yəni 764 nəfər daimi məskunlaşıb.

*** 12:51

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

BAKU.WS report-a istinadən verir ki, bu mərhələdə Həsənriz kəndinə 17 ailənin (83 nəfər) qayıdışı həyata keçirilib.

Bununla da kəndə köçürülən ailələrin sayı 205-ə (764 nəfər) çatacaq.

Oxşar xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Dekabrın 16-da Xaçmazın 27 kəndində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İs...

165 Sosial 23:23 15 dekabr 2025

Son xəbərlər