Ağdərənin dörd kəndinə qayıdan ailələrə mənzillərin açarları təqdim edilib
Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, rayon mərkəzində Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə qayıdan sakinlərin qarşılanma mərasimi keçirilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Heyvalı, Çapar və Çıldıran kəndlərinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.
Aşağı Oratağa qayıdan sakinlərə isə mənzillərin açarları kənddə təqdim edilib.
*** 14:49
Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə yola salınan ilk köç karvanı rayon mərkəzinə çatıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu mərhələdə Aşağı Oratağa 31 (119 nəfər), Heyvalıya 19 (74 nəfər), Çapara 26 (96 nəfər), Çıldıran kəndinə isə 13 ailənin (48 nəfər) qayıdışı təmin edilib.
Bu köç də daxil olmaqla, Ağdərə rayonunda məskunlaşan ailələrin ümumi sayı 714-ə (2663 nəfər) çatıb.
*** 12:50
Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə ilk dəfə 89 ailə (337 nəfər) yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Aşağı Oratağ kəndinə 31 ailə (119 nəfər), Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çapar kəndinə 26 ailə (96 nəfər), Çıldıran kəndinə isə 13 ailə (48 nəfər) köçürülür.
Ümumilikdə, Ağdərə rayonu üzrə məskunlaşan sakinlərin sayı 2663 (714 ailə) nəfər təşkil edir.
Qalereya
Oxşar xəbərlər
Bankdan pul götürmək istəyənlərin nəzərinə: 2026-cı ildə faizlər necə olacaq?
Bankların yeni cəlb etdikləri depozitlər üzrə faiz dərəcələri azalsa da, kredit faizləri nəinki aşağı düşməyib, əksinə artım nümayiş etdirib. Belə ki, Azərbayca...