Ağaclara qanunsuz yerləşdirilən 267 reklam qurğusu söküldü
Cari ilin yanvar-avqust ayları ərzində Bakı və regionlarda ağaclar üzərində qanunsuz yerləşdirilmiş ümumilikdə 267 reklam qurğusu demontaj edilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən məlumat verilib.
Bildirilib ki, ətraf mühitin qorunması və yaşıllıqların mühafizəsi hər birimizin üzərinə düşən mühüm məsuliyyətdir. Ağaclar ətraf mühitin ayrılmaz hissəsi olmaqla yanaşı, təbiətin tarazlığının qorunmasında və sağlam ekoloji mühitin təmin edilməsində mühüm rol oynayır. Bir daha bütün vətəndaşları və sahibkarları yaşıllıqlara hörmətlə yanaşmağa çağırırıq.
Qeyd edək ki, reklam qurğularının istinad divarlarında, ağaclarda, qayalarda və digər təbiət obyektlərində quraşdırılmasına icazə verilmir. Qanunvericiliyin tələblərinə zidd quraşdırılmış reklam qurğularının müəyyənləşdirilməsi və demontajı istiqamətində nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək. İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq tələblərin pozulmasına görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilə bilərlər.
Qalereya
Oxşar xəbərlər
Tanınmış tikinti şirkətinin dələduzluqda ittiham olunan rəhbərinə HÖKM OXUNUB
"Star-M", "ŞANS" və "ZAMİQ" MTK-nın dələduzluqda ittiham olunan rəhbəri olmuş Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. BAKU.WS oxu.az-a isti...