Ağ Amerika kəpənəyi "bəlası" Balakənə də çatdı
Ölkə ərazisində yayılan Ağ Amerika kəpənəyinə bu dəfə Balakəndə rast gəlinib.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.
Balakən sakini bildirib ki, Ağ Amerika kəpənəyi uzun müddətdir ağacları yararsız hala salıb.
Bu kəpənək növü karantin tətbiq edilən zərərvericidir. Zərərvericinin sürfələri yarpaq ayasının əsas toxuması ilə qidalanaraq bitkinin yaşıllıq hissəsinə ziyan vurur.
Ağ Amerika kəpənəyinə qarşı aparılan fitosanitar tədbirlərin əsas məqsədi zərərvericinin sayını azaltmaqdır. Ən təhlükəsiz mübarizə üsulları park, yol kənarı və həyət sahələrində torlar olan budaqları kəsmək və yandırmaq, tırtılları mexaniki yolla məhv etməkdir.
Zərərvericidən qorunmaq üçün payız və erkən yaz dövründə meyvə ağaclarının ölmüş qabıqlardan təmizlənməsi, gövdənin əhənglənməsi, meyvə bağlarında və həyətyanı sahələrdə isə ağacların çətirləri altında torpağın şumlanması işləri yerinə yetirilməlidir.
Ağ Amerika kəpənəyi Azərbaycanda daha çox Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonlarının bəzi ərazilərində rast gəlinir.
Qalereya
Oxşar xəbərlər
Kirayə mənzillər bu ərazilərdə UCUZLAŞIB
"Yay mövsümündə kirayə mənzil bazarında genişmiqyaslı ucuzlaşmadan danışmaq doğru deyil. Əvvəlki illərdən fərqli olaraq, tələbələrin əksəriyyəti yay aylarında k...