ADY-nin sürət qatarlarında kondisioner işləmir? - Rəsmi cavab
Sumqayıt-Pirşağı-Bakı və Sumqayıt-Xırdalan-Bakı qatarlarından mütəmadi istifadə edən bəzi sərnişinlər narazıdırlar.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə gəlib.
Bildirilib ki, sözügedən reyslər üzrə hərəkət edən qatarlarda kondisioner işləmir və içəri həddindən artıq isti olur.
"Vaqonlarda havalandırma və ya kondisionerlər işləmir. O qədər də sıxlıq olur ki sərin qalmaq mümkün olmur", - deyə sərnişinlərdən biri vurğulayıb.
Məsələ ilə əlaqədar Azərbaycan Dəmir Yollarının mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun sözçüsü Bəxtiyar Hacıyev bildirdi ki, ADY-nin sürət qatarlarında kondisioner problemi yoxdur:
"Bu, ekspres qatarları ilə bağlıdırsa, sıxlıq vaxtı olur, çünki kondisioner bəzən çatdırmaya bilir. Bu da qısamüddətli haldır", - deyə B. Hacıyev vurğulayıb.
Oxşar xəbərlər
Ali Məhkəmədən daşınmaz əmlak mübahisələri ilə bağlı mühüm qərar
Ali Məhkəmə tərəfindən daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən...