Abbas Zeynalov icra başçısının birinci MÜAVİNİ TƏYİN EDİLDİ
Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısına birinci müavin təyin olunub.
BAKU.WS İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı RİH başçısı Adil Vəliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, başçının birinci müavini vəzifəsinə Abbas Zeynalov təyin edilib.
O bu təyinatadək icra hakimiyyətinin Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, daha əvvəl RİH başçısının birinci müavini vəzifəsində Elşən Həsənli işləyib. O, ötən ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Oxşar xəbərlər
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 8 %-ə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 7 milyard 446,4 milyon kubmetr qaz nəql edilib. BAKU.WS report-a istinadən xəbər verir...