AAYDA: Sumqayıt-Saray körpüsündə problem yoxdur
Son günlər bəzi sosial şəbəkə səhifələrində Sumqayıt şəhərini Saray qəsəbəsi ilə biləşdirən və cari ilin mart ayında istifadəyə verilən avtomobil körpüsündə guya çat və çökmələrin olması ilə bağlı məlumatlar yayılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilir.
Agentlik bəyan edib ki, bu məlumatlar həqiqəti əks etdirmir və körpüdə hər-hansı problem müşahidə olunmur. Yayılan videodan da aydın görünür ki, problem körpüyə yanaşma yollarındadır.
Sözügedən ərazidə yalnız yeni körpü inşa edilib, yanaşma yollarında hər hansı bir təmir-bərpa işi icra olunmayıb.
Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub, lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq, mövcud yolun genişləndiriləcəyi nəzərə alınmaqla körpü 4 hərəkət zolaqlı olmaqla inşa edilib.
Yanaşma yollarının körpüyə uyğun 4 hərəkət zolaqlı olmaqla yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Oxşar xəbərlər
17 il övlad həsrəti çəkən qadın ana oldu
Uzun illər xarici ölkələrdə nəticəsiz qalan müalicələrdən sonra 17 il övlad həsrəti yaşayan pasiyent Azərbaycanda ana olub. BAKU.WS xəbər verir ki, bu barədə Sə...