SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/92913

Xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Emin Qədimov, Sahib Həmidli və Vüsal Məhərrəmlinin ölkə ərazisi üzrə nəzərdə tutulan SMS icazəsi olmadan küçədə hərəkət etdikləri müəyyən edildiyinə görə barələrində Xətai rayon prokurorluğu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/92909

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Kənd Təsərrüfatı Nazirliyinin bir sıra qurumlarında əməliyyat keçirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/92905

“Azərbaycan Tibb Universitetinin koronavirusa yoluxmuş Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/92904

Xaçmazda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/92898

Xəbər verdiyimiz kimi iyulun 8-də 542 nəfər koronavirusa yoluxub, 465 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Sağalanların sayında artım müşahidə olunsa da, gündəlik yoluxanların sayı hələ də 500-dən yuxarıdır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/92891

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan 110/35/10 kilovatlıq “8-ci km” yarımstansiyasının açılışında iştirak edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/92888

"Tibb müəssisələrində bəzi müdaxilələr, xüsusilə inkubasiya zamanı tənəffüs yoluna borunun salınması və çıxarılması, hər hansı xəstədə ürək dayanması baş verərsə, ona xüsusi oksigen cihazı ilə oksigen verilməsi zamanı tənəffüs yollarında aparılan müdaxilələrin böyük əksəriyyətində eyni aerozol formalaşır. Damcı damcıdır, o, ağır olduğu üçün yerə hopur. O, havada uzun müddət qala bilməz. Amma aerozol buxar kimidir və o qədər xırdadır ki, havada daha uzun müddət qala bilir".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/92882

Azərbaycanda süni tənəffüs cihazında olan COVID-19 xəstələrinin sayı 59 nəfər təşkil edir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/92878

BAKU.WS