Əbülfəs Qarayev koronavirus təhlükəsindən danışdı

“Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı kütləvi mədəni tədbirlərin keçirilməsinə hansısa məhdudiyyətin qoyulması əsassızdır”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
"Əgər Azərbaycanda koronavirusun yayılması faktı aşkarlansa, sözsüz ki, mədəniyyət ocaqlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər qoyula bilər", - nazir əlavə edib.
Nazir xatırladıb ki, sərhəd keçid məntəqələrində bütün lazımi yoxlamalar həyata keçirilir:
“Yenə də hesab edirəm ki, hansısa tədbirin keçirilməsinə məhdudiyyət qoymağa əsas yoxdur.
Düzdür, bu virus dünyada artıq geniş yayılıb, lakin ölkədə müvafiq dövlət qurumları tərəfindən ölçülər götürülür və kütləvi şəkildə məhdudiyyətlərdən danışmaq əsassızdır”.
Oxşar xəbərlər
Uşaqları və özümüzü “donuz qripi”ndən necə qoruyaq? - Mütəxəssislər nə deyir...
Məlum olduğu kimi, qonşu Gürcüstanda bir neçə gün ərzində H1N1 virusu, “donuz qripi”ndən ölənlərin sayı artıq 8 nəfərə çatıb. Rəsmi məlumatlara görə, hazırda uş...
