8 Fevral - Beynəlxalq Nənələr və Babalar Günüdür

8 Fevral - Beynəlxalq Nənələr və Babalar Günüdür
Sosial 164

Hər il fevralın 8-i bir çox Avropa ölkələrində "Nənələr və babalar" günü kimi qeyd olunur. 

Fransada martın ilk bazar günü, İtaliyada oktyabrın ilk bazar günü, Estoniyada sentyabrın ikinci bazar günü, Polşada isə nənələr günü (21 yanvar) və babalar günü (22 yanvar) ayrı-ayrı bayram edilir.

Azərbaycan xalqının mentalitetinə uyğun olaraq yaşlı insanlara qayğı göstərməyi cavan nəsil hər zaman özünə borc bilir.

Bütün dünyada olduğu kimi Azərbaycanda da oktyabrın 1-i Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Lakin nənə və baba olan insanlar üçün ayrıca bir gün müəyyən edilib.

2008-ci ildən 8 fevral günü Beynəlxalq nənələr və babalar günü kimi qəbul olunub və bu təşəbbüsü həm YUNESKO, həm də Avropa Birliyinin mədəniyyət üzrə komissiyaları dəstəkləyib.

Həmin gün yaşından aslı olmayaraq nənə və babası olan hər kəs onların ziyarətinə gedir.

Son xəbərlər