SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah Xocalı faciəsi ilə əlaqədar olaraq "BakuBus"un 14 saylı marşurutunun hərəkətində dəyişiklik olacaq.
 
"Bakubus" MMC-dən BAKU.WS-ə verilən məlumata görə, fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən "Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimi ilə əlaqədar Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
 
"BakuBus"-a məxsus 14 saylı marşrut xətti bu səbəbdən hər iki istiqamətdə Xətai metro stansiyasının önündən keçməyəcək.
 
Şahin Həbibov
BAKU.WS