SİZİN REKLAM BURADA!
055 213 76 73


“Metronun "Xətai" stansiyasında qatarların ikitərəfli hərəkəti bu ilin ortalarına təşkil olunacaq”.

BAKU.WS xəbər verir ki, bunu APA-ya "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda metronun "Cəfər Cabbarlı" stansiyasında aparılan təmir işləri çərçivəsində stansiya yolunun quraşdırılmasına başlanılıb:

“Bu məqsədlə köhnə stansiya yolu sökülür. "Xətai" stansiyasının bir yolunda olduğu kimi, burada da dəmir beton bloklarından istifadə olunacaq. İşlər başa çatdırılandan sonra yol yatağı yeni infrastrukturun qurulmasına hazırlanacaq və dəmir beton bloklarından ibarət növbəti stansiya yolu olacaq. Bundan başqa, tunellərdə də gücləndirmə işləri davam etdirilir”.

BAKU.WS