VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan “Kəlbəcər” adlı növbəti tankerin gələn il istifadəyə verilməsi gözlənilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə tankerin sifarişçisi olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib.

O qeyd edib ki, “Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarının adlarının tankerlərə verilməsi başa çatacaq.

“Bu tanker də maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət edəcək. Hazırda dünya sularında Azərbaycan bayrağı altında üzən 14 gəmimiz var. Onlardan 12-si quru yük gəmisi, 2-si isə tankerdir”.

M.Mehdiyev sözlərinə əlavə edib ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) “Laçın” tankerinin ilk sifarişi ilə bağlı danışıqlar aparır.

Onun sözlərinə görə, danışıqlardan asılı olaraq tankerin dünya sularında və yaxud Xəzər dənizində hərəkət etməsinə qərar veriləcək.

Xatırladaq ki, ASCO-nun sifarişi əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunmuş “Laçın” tankerinin uzunluğu 141, eni 16.9 metrdir. 15 nəfərlik heyətə malik bu gəmi saatda 10 uzel sürətlə hərəkət edə bilir. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9 212 kubmetr olan 6 yük tankına malikdir. Dedveyti dənizdə 7,875 ton olan tanker iki ədəd “Wartsila” istehsalı mühərriklə təchiz edilib.

“Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Balt kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək.

BAKU.WS