Metrodan qiymət artımı ilə bağlı xəbərlərə RƏSMİ CAVAB

08
noy
2019
15:48
"Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-də qiymət artımı gözlənilmir". BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib."Hazırda Bakı metrosu MDB məkanında ən ucuz metrodur. Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərcin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir", - deyə o, qeyd edib. Metropoliten rəsmisi gələcəkdə metroda diferensial tarif sisteminə keçə biləcəklərini də deyib:"Bu gün "Bakı Metropoliteni" uzaqmənzilli deyil. Nəzərdə tutduğumu 76 stansiyamın hamısı istismara veriləndən sonra diferensial tarif sisteminin tətbiqi rahat olacaq. Bu gün həmin sistem əhəmiyyətsizdir".
Oxşar xəbərlər
Bakı metrosunda ikimərtəbəli metro stansiyası olacaq
“Bakı metrosunda Moskvada olduğu kimi, ikimərtəbəli metro stansiyası olacaq”.BAKU.WS xəbər verir ki, bunu “Report”a eksklüziv açıqlamasında "Bakı Metropoliteni"...
