SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyada şirniyyat məhsullarına yeni vergi tətbiq edilə bilər.
 
BAKU.WS məlumat verir ki, bu baş nazir Dmitri Medvedevin təşəbbüsü ilə həyata keçiriləcək. Nazir bildirib ki, bununla onlar şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara kömək etmiş olacaqlar. Bundan başqa tərkibində həddən ziyadə şəkər və kimyəvi maddələr olan içkilərə də vergi tətbiq ediləcəyi nəzərdə tutulur. 
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərkibində həddindən artıq şəkər və kimyəvi maddə olan qidaların satışının azaldılmasını tövsiyyə edib. Onlar bunun şəkərli diabet xəstəliyi ilə mübarizədə kömək olacağını bildiriblər. 
 
Şirniyyat və içkilərə tətbiq edilən vergilər onların qiymətinə də təsir edəcək. Bu o deməkdir ki, Rusiyadan Azərbaycana gətirilən məhsulların da qiymətində artım müşahidə olunacaq. 
 
Ayşən Ayxan
BAKU.WS