72 stomatoloji klinikada nöqsanlar aşkarlandı

72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Sosial 263

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu ilin yanvar-oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib.

Nəticədə, onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, bu mərkəzlərdən bəziləri lisenziyasız, sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərib.

Günü-gündən stomatoloji mərkəzlərin sayı artsa da, onların hamısı heç də tələb olunan qaydalara uyğun şəkildə fəaliyyət göstərmir. Bu isə ilk növbədə pasiyentlərin sağlamlığı üçün ciddi risk yaradır.

Məsələ ilə bağlı həkim Adil Qeybulla bildirib ki, sənədi olmayan şəxslərin həkim kimi fəaliyyət göstərməsi insanlar üzərində kliniki eksperimentlər anlamına gəlir.

"Sənədi olmayan şəxslərin stomatoloq, travmatoloq, kosmetoloq - fərqi yoxdur - həkim kimi fəaliyyət göstərməsi insanlar üzərində kliniki eksperimentlər anlamına gəlir. Biz akkreditasiya sisteminə keçməliyik. Bütün həkimlər, tibb işçiləri - hər kəs akkreditasiya olunmalıdır. Orada artıq kimin nə sənədi var, hamısı nəzərdən keçirilir və ona konkret bir müddət üçün lisenziya verilir", - deyə o vurğulayıb.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yenicag.az saytının 19 yaşı tamam olur

Yenicag.az saytının 19 yaşı tamam olur

Bu gün Yenicag.az saytının 19 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" qəzetinin...

6 Sosial 10:30 05 sentyabr 2026

Son xəbərlər