SİZİN REKLAM BURADA!
055 213 76 73


Əmlak Məsələləri Dövlət Komitəsi jurnalistlərə bağışladığı mənzillərə çıxarışların verilməsi ilə bağlı açıqlama yayıb.

Komitədən BAKU.WS-ə verilən məlumatda bildirilir ki, ölkə rəhbəri Möhtərəm cənab Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcəkdir.
BAKU.WS