Bakıda ağacların qurudulmasına görə “Azərsu” ASC-yə protokol tərtib olunub.

Bu barədə BAKU.WS-a Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı nazirliyə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.

Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanan materiallar məhkəməyə hazırlanır.
BAKU.WS


QALEREYA