Zaqatalada 17 yaşlı qız intihar edib.
 
BAKU.WS
Apa-ya istinadən xəbər verir ki, bu gün rayonun Əliabad qəsəbəsində 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb. G. İsmayılovanın intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
BAKU.WS