SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının yeni baş planının prioritetləri artıq bəllidir.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bunu "Bakının şəhərsalma inkişafı" mövzusundakı plenumda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. O, baş planının hazırlanması zamanı ictimaiyyətin də fikirlərinin öyrənildiyini və bunun üçün sorğu keçirdiklərini də bildirib. Komitənin rəhbəri prioritet istiqamətlərin təfərrüatlarını açıqlayıb.

Bakı Şəhər İcra hakimiyyətinin rəhbəri Eldar Əzizov isə bildirib ki, sürətli inkişaf özü ilə müxtəlif yeni çağırışlar da gətirir. Bakı meri buna görə də Bakının baş planının hazırlanmasında bütün aidiyyatı qurumların birgə fəaliyyətinin önəmli olmasına diqqət çəkib.

Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə isə bildirib ki, Bakının Baş planının hazırlanmasına tanınmış xarici şirkətlərin də cəlb edilməsi prosesin daha səmərli icrasına böyük dəstək verəcək.

Onu da qeyd edək ki, tədbirdə sözügedən beynəlxlaq şirkətin nümayəndələri də iştirak edib və layihənin hazırlanmasında görəcəkləri işlərdən danışıblar.
BAKU.WS
VİDEO